Haqqında

Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün Azərbaycanda ilk dəfə olaraq 11 - 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackathon” müsabiqəsi, “Kibertəhlükəsizlik Həlləri üzrə Seminar”, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “ISO 27001” üzrə Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidmətləri: Kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı” və s. bu kimi mövzularda tədbirlər təşkil ediləcək.

Proqram

Sizin əməkdaşlar texnologiyanın onlara istənilən yerdən, ixtiyari qurğudan və müxtəlif sistemlərdən daha məhsuldar işləmək imkanı verəcəyini gözləyirlər. Təşkilatınız isə informasiya təhlükəsizliyini təmin etməlidir. Bu iki ehtiyacı hər zaman birlikdə ödəmək mümkün olmur. Microsoft-un təqdim etdiyi yeni kibertəhlükəsizlik həlli sizin istifadəçilərə əminlik verir ki, onlar istənilən yerdə kompüterləri, mobil qurğuları, tətbiqləri və verilənləri daha təhlükəsiz istifadə edə bilərlər. Bu kibertəhlükəsizlik həllinin köməkliyi ilə istifadəçilərinizə ixtiyari vaxt və istənilən yerdə loqin və parolları təhlükəsiz, verilənləri müdafiə olunmuş, təhlükələrdən qorunmuş və şirkətin tələblərinə uyğun şəkildə işləmək imkanı verə bilərsiniz.

Günün proqramı:

09:30 – 10:00      Qeydiyyat

10:00 – 10:20      Microsoft korporasiyasının kibertəhlükəsizlik haqqında analitik hesabatı

10:20 – 10:50      Kibertəhlükəsizliyin mərkəzləşdirilmiş monitorinqi

10:50 – 11:30       Kibertəhlükəsizliyin müasir və mərkəzləşdirilmiş idarə edilməsi

11:30 – 11:45       Çay-kofe fasiləsi

11:45 – 12:15       Korporativ Mobil qurğuların kibermüdafiəsi

12:15 – 13:00       Loqin və parolların kibermüdafiəsi

13:00 – 13:30      Məlumatın mühafizəsi

13:30 – 14:00      Arzuolunmaz tətbiqlərdən və onlayn xidmətlərindən mühafizə

14:00 – 15:00      Nahar

15:00 – 16:30      Demo-nümayiş: Azure-da əsas kibertəhlükəsizlik xidmətlərinin nümayişi

16:30 – 17:00      Kibertəhlükəsizlik mövzusu ilə əlaqəli panel (Sual/Cavab)   

Məkan: Landmark Hotel Baku

“Hackathon” potensiallı gənclərin bir mühitdə toplanması, İT üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsi üçün çox faydalı bir platformadır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan Hackathonda məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin (IDS üçün modul və ya skriptin hazırlanması) təqdim edilməsidir.

"Kibertəhlükəsizlik həftəsi" çərçivəsində keçiriləcək “Hackathon”un məqsədi aşağıdakılardır:

·         Potensiallı gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi;

·         İT və xüsusilə kibertəhlükəsizlik sahəsinə yeni qoşulanların həvəsləndirilməsi;

·         İştirakçılara sahə üzrə yeni biliklərin öyrənilməsi üçün şəraitin yaradılması;

·         İştirakçıların maraqlandığı məsələlər üzrə fikir mübadiləsinin aparılması.

 

Günün proqramı:

        11 mart                                                                               12 mart

09:00  Qeydiyyat                                                  10:00  Hackathon sessiyasının davamı

10:00  Açılış-salamlama                                       13:00  Nahar fasiləsi

10:10  Tapşırıqların elan olunması                       14:00  Hackathon sessiyası

10:30  Komandaların bölünməsi                           15:00  Nəticələrin təqdimatı

11:00  Çay / kofe fasiləsi                                       16:00  Münsiflərin müzakirəsi

11:30  Hackathon sessiyası                                   16:30  Qalibin elan olunması

13:00  Nahar fasiləsi                                              17:00  Tədbirin sonu

19:00  Şam yeməyi

Hackathon gecə boyu davam edir 

 

Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Dayanıqlı və Təhlükəsiz Bulud mühiti” tədbirində bu sahədə aparılan islahatlar, dövlət və biznes strukturlarının, təşkilatların və fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər haqqında məlumat veriləcəkdir. Həmçinin, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində biliklərin və bacarıqların paylaşılması nəzərdə tutulur. Tədbirdə rəqəmsallaşma dövründə kibertəhlükəsizliyin qorunub saxlanılması üzrə biznes fəaliyyəti və həlləri barədə məlumat veriləcək.

Həmçinin, tədbirdə “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunacaq.

Günün proqramı:

09:30 – 10:30          Qeydiyyat və qəhvə fasiləsi

10:30 – 10:35          Qonaqların salamlanması və qısa xülasə

10:35 – 10:45          Dəvət olunmuş tərəfdaş tərəfindən qonaqların salamlanması

10:45 – 11:00          AzInTelecom tərəfindən təqdimat

11:00 – 11:15          Təhlükəsizlik haqqında təqdimat

11:15 – 11:30          Rezervlənmə haqqında təqdimat

11:30 – 11:45          Çay-kofe fasiləsi

11:45 – 12:15          Əlaqələrin qurulması və Laboratoriya

Məkan: Four Seasons Hotel Baku

Təlimin məqsədi “İSO/İEC 27001 – İnformation Security Management Systems” - informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələblərini və tətbiq üsullarını yerli mütəxəssislərə öyrətməkdir. Təlimdə standartın bütün tələblərini öyrətmək ilə yanaşı təşkilatlarda bu standartı tətbiq etmək üçün vacib olan rəsmi auditor statusunun alınması ilə bağlı beynəlxalq imtahan keçiriləcəkdir. Təlimdə qeyd edilən sahə üzrə sertifikatlaşmadan keçmək istəyən bütün təşkilatların nümayəndələri iştirak edə bilər

Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində BMT-nin İnkişaf Proqramı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 13 Mart 2019-cu il tarixində “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçiriləcək. Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır. Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların da nümayəndələri cəlb olunacaqlar. Tədbirdə “Regionun Kibertəhlükəsizlik Məsələləri”, “Kibertəhlükəsizlik və Beynəlxalq Hüquq”, “Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, “Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunacaq. Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edəcəklər.

Günün proqramı:

10:00 – 11:00          Qeydiyyat / RİGFAZ 2019 Kəndin (Village) Açılışı / Kofe və Çay Fasiləsi

11:00 – 12:00          Rəsmi Açılış Mərasimi

12:00 – 13:00          Sessiya 1 – Regionun Kibertəhlükəsizlik Məsələləri

13:00 – 14:00          Nahar Fasiləsi

14:00 – 15:00          Sessiya 2 – Kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə

15:00 – 16:30          Sessiya 3 – Kibertəhlükəsizlikdə İnnovativ Həllər

16:30 – 17:00          Kofe və Çay Fasiləsi

17:00 – 18:00          Sessiya 4 – Uşaqlar üçün Təhlükəsiz İnternet

      18:00                 RİGFAZ 2019 Rəsmi Bağlanış Mərasimi / Sertifikatlar və Mükafatlar

Məkan: Boulevard Hotel Baku

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçiriləcək. Seminarda ölkədə fəaliyyət göstərən “CERT” xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyatı qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiyası məsələləri ilə bağlı müzakirələr aparılacaq.

Günün proqramı:

10:00 – 11:00          Qeydiyyat

11:00 – 11:45          Rəsmi açılış mərasimi

11:45 – 12:05          CERT-lərin evolyusiyası: yeni trendlər və çağırışlar

12:05 – 12:25          Çıxışlar

12:25 – 13:00          Müzakirələr

Məkan: AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu

Günün proqramı:

09:30 – 10:00          Qeydiyyat

10:00 – 10:20          Rəsmi açılış

10:20 – 10:50          “Hackathon” qaliblərinin mükafatlandırılması, xatirə şəkli

10:50 – 11:00          Rəsmi bağlanış

Məkan: Hyatt Regency Baku

Məkan: Hyatt Regency Baku

Məruzəçilər

Ramin Quluzadə

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri

Miryana Spolyariç Eqqer

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru

Kiril Oparin

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri

Elmir Vəlizadə

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Rasim Əliquliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru

Faiq Fərmanov

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi

Azər Əhədov

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini




Təşkilatçı

cyberweek

Tərəfdaşlar

Əlaqə

Ünvanlar:

The Landmark Hotel Baku - Bakı şəhəri, Nizami küçəsi 90A, AZ 1010

 

Four Seasons Hotel Baku - Bakı şəhəri, Neftçilər prospekti 1, AZ 1095

 

Boulevard Hotel Bakı - Bakı şəhəri, Xəqani küçəsi 4C, AZ 1010

 

İnformasiya Texnologiyaları İnstitutu - Bakı şəhəri, B. Vahabzadə küçəsi 9A, AZ 1141

 

Hyatt Regency Baku - Bakı şəhəri, İzmir küçəsi 6, AZ 1065

 

Əlaqə
Telefon: +994 12 598 38 80
     Faks: +994 12 598 07 35

Qeydiyyat

İştirakçı olmaq üçün qeydiyyatdan keçin

Əlaqə
Telefon: +994 12 505 01 13
Email ünvanı: info@e-training.az

Əlaqə
Telefon: +994 12 493 20 57
Email ünvanı: info@cert.az

icon