UP
en / az

II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi"

Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin kibertəhlükəsizlik üzrə fəaliyyətlərinin əlaqələndirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində müvafiq texniki və metodiki vasitələrin yaradılması, tövsiyələrin hazırlanması və metodiki dəstəyin göstərilməsi, informasiya proseslərinin mühafizəsi və s. bu kimi vəzifələrdən irəli gələn məsələlərin həlli, eləcə də kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdıırlması məqsədilə 2-6 mart 2020-ci il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən II beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Kibertəhlükəsizlik konfransı”, “Hackathon” müsabiqəsi, “Kibertəhlükəsizlik üzə Gənclərin İnternet İdarəçilik Forumu”, “Təhlükəsiz Bulud Mühiti”, “Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma”, “Dövlət və Bank Sektoru üçün “Pentest” üzrə praktik seminar, “Rəqəmli hüquq: Fərdi məlumatların mühafizəsi” və s. bu kimi mövzularda yerli və beynəlxalq ekspertlərin məruzəçi qismində iştirakı ilə tədbirlər təşkil ediləcəkdir.

PROQRAM

Kibertəhlükəsizlik konfransı

09:30 - 17:00

Kibertəhlükəsizlik sahəsində yerli və beynəlxalq ekspertlər ilə təcrübə mübadiləsinin aparılması, müvafiq sahədə siyasəti müəyyən edən qurumlar və fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması “Kibertəhlükəsizlik konfransı”nın əsas məqsədidir.

“Kibertəhlükəsizlik konfransında” günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinlənəcəkdir.

Kibertəhlükəsizlik konfransı sual-cavab sessiyaları, habelə ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanların genişləndirilməsi üçün əvəzolunmaz platformadır.

Günün proqramı:

09:30 - 10:00
Qeydiyyat / “Cyber Village” turu
10:00 - 10:30
Açılış mərasimi
Ramin Quluzadə - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri
Natalia Mochu - BTİ-nin MDB üzrə regional direktoru
Alessandro Frakassetti - BMT-nin İnkişaf Proqramının Daimi Nümayəndəsi
Zakir Nuriyev - Azərbaycan Banklar Assosiasiyasının prezidenti
10:30 - 11:00
“Milli kibertəhlükəsizlik ekosistemi: çağırışlar və imkanlar”
- Doron Tamir - “Cyber Security Group” şirkətinin həmtəsisçisi
11:00 - 11:30
“Elektron ticarətdə kibertəhlükəsizlik”
- Rauf Quliyev - “WISH” şirkətinin kibertəhlükəsizlik departamentinin rəhbəri
11:30 - 12:00
Çay-kofe fasiləsi
12:00 - 12:30
"Kritik infrastrukturun kibertəhlükəsizliyi"
- Andrey Bobrenko - "Əməliyyat texnologiyaları və informasiya təhlükəsizliyi laboratoriyası" MMC-nin İdarə Heyətinin üzvü
12:30 - 13:00
“Kibersığorta”
- Ayan Mehdiyeva - “MARŞ” şirkətinin vitse-prezidenti
13:00 - 13:30
"Sənaye və bank sistemlərinin pentesti"
- Yuri Qurkin – Aparıcı ekspert, “Information Security Solutions” Azərbaycan / “Gleg” Rusiya
13:30 - 14:30
Nahar
14:30 - 15:00
"Ağıllı şəhərlərin kibertəhlükəsizliyi"
- German Pozankov –“Trend Micro” şirkətinin MDB, Gürcüstan və Monqolustan üzrə regional direktoru
15:00 - 15:30
“Müasir iş yerlərinin kibertəhlükəsizliyi”
- Qaçay Mirzəyev – “Microsoft Azərbaycan” şirkətinin Baş meneceri
15:30 - 16:00
"Kiberstartaplara investisiya qoyuluşu"
- Guy Zbarsky – “Sabra Capital” bankının idarəedici tərəfdaşı, “Keepgo” beynəlxalq telekommunikasiya şirkətinin təsisçisi
16:00 - 16:30
"Süni intellekt əsaslı kibercinayətlər"
- Amit Kumar – Təhlükəsizlik üzrə ekspert, kiberməhkəmə və etik hakinq üzrə cinayət təhqiqatçısı
16:30 - 17:00
“Şifrləmədə gələcək təhlükələr”
- Silur (Endre Abraham) - “QAN platform” şirkətinin həmtəsisçisi və müşaviri
17:00 - 17:30
Yekun

Təhlükəsiz Hökumət Buludu

09:30 - 12:00

“Hökumət Buludu” layihəsinin əhəmiyyətini ictimaiyyətə çatdırılması və həyata keçirilən təhlükəsizlik tədbirlərinin işıqlandırılması “Təhlükəsiz Hökumət Buludu” tədbirinin əsas məqsədidir.

“Təhlükəsiz Hökumət Buludu” tədbirində “AzInTelecom” MMC tərəfindən “Hökumət Buludu” layihəsi haqqında məlumat veriləcək, layihənin icrası üzrə cari status və təhlükəsizlik tədbirləri haqqına təqdimatlar və məruzələr dinləniləcəkdir.

Günün proqramı:

09:30 - 10:00
Qeydiyyat və çay fasiləsi
10:00 – 10:10
Açılış nitqi
10:10 – 10:30
Elmir Vəlizadə - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
- “Hökumət Buludu Konsepsiyası və beynəlxalq təcrübə”
10:30 – 10:50
Ruslan Əliyev – “AzInTelecom” MMC-nin, Kommersiya Departamentinin rəhbəri
- “Bulud texnologiyaları və Hökumət Buludu ilə tanışlıq”
10:50 – 11:10
Ənvər Abbasov – “Hökumət Buludu” layihəsinin rəhbəri
- “Azcloud Hökumət Həlləri: cari status, miqrasiya planı və təhlükəsizlik”
11:10 – 11:30
Tural Məmmədov - Xüsusi Dövlət Mühafizə Xidmət, Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi idarəsinin rəisi
- “Dövlət İnformasiya Resurslarında Təhlükəsizlik Tədbirləri”
11:30 – 11:45
Sual-cavab sessiyası
11:45 – 12:00
Bağlanış nitqi

Dövlət və Bank sektoru üçün 'Pentest' üzrə praktik seminar

14:00 - 17:00

Dövlət və bank sektorunun kibertəhlükəsizlik mütəxəssislərinə 'Pentest' üzrə yanaşmalar, metod və metodologiya barədə ətraflı məlumat vermək və fərqli kibertəhlükəsizlik həllərinin üstünlükləri göstərilməklə texniki həlləri əyani nümayiş etdirmək seminarın məqsədidir.

Günün proqramı:

14:00 - 14:15
Qeydiyyat
14:15 - 14:30
Rəsmi açılış
Rauf Cabarov – İKT LAB Tətbiq və Tədris Mərkəzinin direktoru
Azamat Zhilokov – “Infomation Security Solutions” şirkətinin həmtəsisçisi
14:30 - 15:30
Yuri Qurkin – “Information Security Solutions” şirkətinin nümayəndəsi
- Pentest və hücumların tipləri və metododologiyası, təhdidlərin növləri
- Təhdidlərin qarşısını almaq üçün tövsiyyələr
- Bank sistemi üçün arxitektura həlləri üzrə tövsiyyələr
- İstifadə olunan ənənəvi kibertəhlükəsizlik həllərinin üstün və mənfi cəhətləri
15:30 - 16:00
Çay və kofe fasiləsi
16:00 - 17:00
Yuri Qurkin - “Information Security Solutions” şirkətinin nümayəndəsi
- Üstün pentest üzrə tövsiyyələr, yanaşma və tezliyi
- Pentest alətlərinə baxış
- Veb təhdidlər, manual və avtomatik test
- Pentest üzrə sənədi necə hazırlamaq
- İstehsalat sistemlərinin testi “testbed”-ə qarşı
- Sertifikatlaşdırılmış həllərin istifadəsinin üstün və mənfi cəhətləri

Diqqət!

II beynəlxalq Kibertəhlükəsizlik həftəsi çərçivəsində keçirilməsi planlaşdırılan “Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu” və “Hackathon” müsabiqəsi bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı təhsil müəssisələrində və tələbələrin cəlb edilməsi ilə keçiriləcək bütün tədbirlərin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yayımlanan qərara uyğun olaraq təxirə salınmışdır.

Qısa zamanda təxirə salınmış tədbirlərin yeni vaxtları www.cyberweek.az saytında, eləcə də Kibertəhlükəsizlik həftəsinin sosial şəbəkə səhifələrində elan olunacaqdır.

Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu

10:00 - 17:00

Gənclərin İnternet İdarəçiliyi Forumunun əsas məqsədi region ölkələrinin və Azərbaycanın gənclərini bir araya gətirərək rəqəmsal mövzulardakı inkişafları müzakirə etmək və şərh etməkdir. Gənclərin İnternet İdarəçiliyi Forumu gəncləri İnternet idarəetmə mövzusunda müzakirəyə təşviq etmək məqsədi ilə keçirilir.

Bu ilki forumda kibertəhlükəsizliyin reallaşdırılması, kiberhücumların qarşısını almaq, kiberhüquqa dair məlumatlılıq və digər maraqlı mövzulara həsr olunmuş sessiyalara bir sıra təcrübəli beynəlxalq ekspertlər cəlb edilmişdir.

Milli və beynəlxalq iştirakçılar kibertəhlükəsizliyə həsr edilmiş mövzular üzrə dəyirmi masada iştirak edərək, sertifikatlar və hədiyyələrlə mükafatlandırılacaqlar.

www.youthigf.az

Günün proqramı:

10:00 - 10:30
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının və ADA Universitetinin rəsmilərinin açılış və salamlama nitqi
Qrup foto şəklinin çəkilməsi
10:30 - 10:45
Kofe və çay fasiləsi
10:50 - 11:50
- Gənclər kibertəhlükəsizliyin həyata keçirilməsində əsas rol oynayırlar: Düzgün və ya Yanlış yanaşmadır.
Nadia Tjahja – Sunim şirkətinin həmtəsisçisi
12:00 - 13:00
- Kiber hücumların qarşısını almağa gənclərin cəlb edilməsi DİM-lərin reallaşdırılması imkanlarını artıracaqdır
Elisabeth Schauermann - Almaniya İnformatika Cəmiyyətində layihə koordinatoru
13:00 - 14:00
Nahar fasiləsi
14:00 - 15:00
- Bölgədəki kiber qanunvericilik gəncləri lazımi səviyyədə əhatə edirmi?
Margarita Lukovenko – BMT-nin DİM üzrə eksperti
15:10 - 16:10
- Gənclər kiber startap-larla maraqlanırmı?
Vüsal Süleymanlı – BMTİP-in İnnovasiya üzrə eksperti.
16:10 - 16:30
Kofe və çay fasiləsi
16:30 - 17:00
Mövzularla əlaqədar Yekun Müzakirə/ Sual-cavab və qiymətləndirmə
Mükafatlandırma mərasimi / Qrup foto şəklinin çəkilməsi

“Hackathon” müsabiqəsi

09:00 - 00:00

“Hackathon” müsabiqəsinin keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik üzrə bacarıqların inkişaf etdirilməsi, sahə üzrə potensial kadrların aşkar edilməsi, gənclər arasında sahəyə marağın artırılması və maarifləndirmənin genişləndirilməsindən ibarətdir.

12 saat müddətində davam edəcək “Hackathon” müsabiqəsində iştirakçılara komanda şəklində kriptoqrafiya, tərs mühəndislik, binar və veb-tətbiqetmələrdə olan boşluqların istismarı və s. bu kimi mövzular üzrə tapşırıqlar veriləcək və iştirakçıların kompüter sistemlərinin mühafizəsi üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçiriləcəkdir.

"Hackathon" müsabiqəsinə qeydiyyat

Günün proqramı:

09:00 - 10:00
Qeydiyyat
10:00 - 10:20
Açılış / Tədbir iştirakçılarını salamlama
Elmir Vəlizadə - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini (dəqiqləşdirilir)
Faiq Fərmanov - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi
10:20 - 11:00
Müsabiqə barədə məlumatlandırma və komandaların elan edilməsi
11:00 - 13:00
Müsabiqə sessiyası
13:00 - 14:00
Nahar fasiləsi
14:00 - 19:00
Müsabiqə sessiyasının davamı
19:00 - 20:00
Nahar fasiləsi
20:00 - 23:00
Müsabiqə sessiyasının davamı
23:00 - 00:00
Müsabiqənin sonu / Yekun qiymətləndirmə və qaliblərin elan olunması

Rəqəmli hüquq: Fərdi məlumatların mühafizəsi

9:30 - 14:00

Fərdi məlumatların mühafizəsinin yerli və beynəlxalq qanunvericiliyə uyğun aparılmasının təmin edilməsi məqsədilə fərdi məlumatların mülkiyyətçisi və operatoru kateqoriyalarını təmsil edən şəxslərlə əməkdaşlığın gücləndirilməsi, onların maarifləndirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla, ölkə səviyyəsində fərdi məlumatların mühafizə səviyyəsinin yüksəldilməsi tədbirin əsas məqsədidir.

“Rəqəmli hüquq: Fərdi məlumatların mühafizəsi” tədbirində yerli və beynəlxalq şirkətlər tərəfindən rəqəmli erada fərdi məlumatların mühafizəsi sahəsində Avropa İttifaqının Məlumat Mühafizəsinin Ümumi Qaydaları (General Data Protection Requlation “GDPR”) əsas götürülməklə Avropa təcrübəsi ilə bağlı təqdimatlar və məruzələr dinləniləcəkdir. Bununla yanaşı, ölkəmizdə sahə üzrə mövcud vəziyyət və həyata keçirilmiş işlərlə bağlı məlumat veriləcəkdir.

Günün proqramı:

9:30 – 10:00
Qeydiyyat
10:00 – 10:30
Açılış mərasimi
Elmir Vəlizadə – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Kestutis Yankauskas – Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri
10:30 – 11:00
- Fərdi məlumatlar sahəsində normativ-hüquqi tənzimləmə, aktual və praktiki problemlər
Faiq Fərmanov - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi (dəqiqləşdirilir)
11:00 – 12:00
- “GDPR” və onun tətbiqi, beynəlxalq təcrübə
Peter Kimpian - Avropa Şurası, Məlumatların mühafizəsi üzrə qrupun məsləhətçisi
- Konvensiya 108: Qlobal Məlumat Təhlükəsizliyi Standartı
Nir Kapelushnik - “Prosol” QSC, Baş texniki direktor, fərdi məlumatların mühafizəsi üzrə ekspert
- “GDPR” üzrə tətbiq mexanizmlərinin yaradılması. Dünyada mövcud olan ən yaxşı təcrübələr
12:00 – 12:30
Kofe və çay fasiləsi
12:30 – 13:15
- Fərdi məlumatların subyektinin hüquqları, onların tətbiqi və qorunmasının xüsusiyyətləri
Olga Demian - “D/ONE” informasiya təhlükəsizliyi üzrə konsultasiya şirkətinin təsisçisi, fərdi məlumatların mühafizəsi hüququ üzrə mütəxəssis
- Fərdi məlumatların subyektlərinin GDPR və beynəlxalq standartlar üzrə hüquqları və onların tətbiqi
İlqar Əliyev – İnformasiya texnologiyaları üzrə auditor, İT və təhlükəsizlik üzrə məsləhətçi, İnformasiya təhlükəsizliyi mütəxəssisi, kibertəhlükəsizlik auditoru (dəqiqləşdirilir)
- Fərdi məlumatlar üzrə hüquqlarımız və məsuliyyətimiz
13:15 – 14:00
- Beynəlxalq və yerli şirkətlərin fərdi məlumatların mühafizəsi üzrə həlləri
Babək Əliyev - “AİSTGroup” MMC-nin layihə rəhbəri
- Fərdi məlumatlardan istifadənin təşkili
Ceyhun Hacıyev - “Ernst & Young” şirkətinin Azərbaycandakı nümayəndəliyinin eksperti
- Ernst & Young” şirkətinin fərdi məlumatların məxfiliyi ilə bağlı yanaşması və “GDPR”-a doğru atılacaq addımlar

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı

15:00 - 18:00

Seminarın əsas məqsədi kibertəhlükəsizlik üzrə mütəxəssislərin beynəlxalq sertifikatlaşdırma imkanları barədə məlumat verməkdir. Seminarda kibertəhlükəsizlik üzrə mövcud olan müxtəlif sertifikasiyalar haqqında məlumat veriləcək. Seminarda “Ethical Hacker”, “ISO/IEC 27001:2015” standartı əsasında beynəlxalq sertifikat və “CompTİA security+” beynəlxalq sertifikatları və onların əldə edilməsi yolları haqqında ətraflı təqdimatlar olacaqdır.

Günün proqramı:

15:00 - 15:30
Qeydiyyat
15:30 - 15:35
Rəsmi açılış
Rauf Cabarov – İKT LAB Tətbiq və Tədris Mərkəzinin direktoru
15:35 - 16:00
Abdulla Abdullayev - Azərbaycan Sənaye Bankının kibertəhlükəsizlik mütəxəssisi
- Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislərin beynəlxlaq sertifikasiyası
16:00 - 16:15
Ramil Baxşıyev – “Evrodizayn” şirkəti, şəbəkə və təhlükəsizlik mühəndisi
- “CompTİA security+” proqramı və beynəlxalq sertifikatlaşdırma imkanları
16:15 - 16:45
Abdulla Abdullayev - Azərbaycan Sənaye Bankının kibertəhlükəsizlik mütəxəssisi
- EC-Council təşkilatının “Certified Ethical Hacker (C|EH)” sertifikatlaşdırılmış etik haker proqramı və sertifikatlaşdırma imkanı
- Beynəlxalq tədris Proqramı haqqında məlumat və sual-cavab sessiyası
16:45 - 17:15
Çay və kofe fasiləsi
17:15 - 17:45
Saday Əliyev – Azərbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru
- “ISO/IEC 27001:2015 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında beynəlxalq sertifikat
17:45 - 18:00
Yekun

Diqqət!

II beynəlxalq Kibertəhlükəsizlik həftəsi çərçivəsində keçirilməsi planlaşdırılan “Hackathon” müsabiqəsi üzrə mükafatlandırma bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı təhsil müəssisələrində və tələbələrin cəlb edilməsi ilə keçiriləcək bütün tədbirlərin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yayımlanan qərara uyğun olaraq təxirə salınmışdır.

Qısa zamanda təxirə salınmış tədbirin yeni vaxtı www.cyberweek.az saytında, eləcə də Kibertəhlükəsizlik həftəsinin sosial şəbəkə səhifələrində elan olunacaqdır.

“Hackathon” müsabiqəsi üzrə mükafatlandırma

11:00 - 12:00

“Hackathon” müsabiqəsi üzrə mükafatlandırma mərasimində II beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən “Hackathon” müsabiqəsində qalib gəlmiş komandalar sertifikatlar və pul mükafatları ilə təltif ediləcəkdir.

“Hackathon” müsabiqəsinin keçirilməsində məqsəd kibertəhlükəsizlik üzrə bacarıqların inkişaf etdirilməsi, sahə üzrə potensial kadrların aşkar edilməsi, gənclər arasında sahəyə marağın artırılması və maarifləndirmənin genişləndirilməsindən ibarətdir.

Günün proqramı:

11:00 – 11:10
Tədbir iştirakçılarını salamlama
11:10 – 11:50
Sertifikat və mükafatların təqdim edilməsi
11:50 – 12:00
Kibertəhlükəsizlik həftəsinin yekunu

TƏŞKİLATÇILAR

SPONSOR

TƏRƏFDAŞLAR

İNFORMASİYA DƏSTƏYİ

"Cyberweek 2020"-nin məruzəçiləri

Ramin Quluzadə

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri

Elmir Vəlizadə

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Natalia Mochu

BTİ-nin MDB üzrə regional direktoru

Alessandro Frakassetti

BMT-nin İnkişaf Proqramının Daimi Nümayəndəsi

Kestutis Yankauskas

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri

Zakir Nuriyev

Azərbaycan Banklar Assosiasiyasının prezidenti

Faiq Fərmanov

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi

Qaçay Mirzəyev

Microsoft Azərbaycan -Baş Meneger

Doron Tamir

“Cyber Security Group” şirkətinin həmtəsisçisi

Tural Məmmədov

Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, İdarə rəisi

German Pozankov Gennadyevich

“Trend Micro” şirkətinin MDB, Gürcüstan və Monqolustan üzrə regional direktoru

Rauf Cabarov

“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin direktoru

Silur (Endre Abraham)

"QAN platform" şirkətinin həmtəsisçisi və müşaviri

Nir Kapelushnik

“Prosol” şirkətinin Baş texniki direktoru

Ayan Mehdiyeva

“MARSH” şirkətinin vitse-prezidenti

Yuri Qurkin

Aparıcı ekspert, “Information Security Solutions” Azərbaycan / “Gleg” Rusiya

Guy Zbarsky

“Sabra Capital” bankının idarəedici tərəfdaşı, “Keepgo” beynəlxalq telekommunikasiya şirkətinin təsisçisi

Ruslan Əliyev

“AzInTelecom” şirkətinin Kommersiya departamentinin rəhbəri

Nadia Tjahja

Sunim şirkətinin həmtəsisçisi

Toğrul Səmədov

“Buglance” şirkətinin direktoru

Margarita Lukovenko

BMT-nin DİM üzrə eksperti

Azamat Zhilokov

“Infomation Security Solutions” şirkətinin həmtəsisçisi ve icraci direktoru

Elisabeth Schauermann

Almaniya İnformatika Cəmiyyətində layihə koordinatoru

Vüsal Süleymanlı

BMTİP-in İnnovasiya üzrə eksperti

Olga Demian

“D/ONE” informasiya təhlükəsizliyi üzrə konsultasiya şirkətinin təsisçisi

Abdulla Abdullayev

Kibertəhlükəsizlik mütəxəssisi, Azərbaycan Sənaye Bankı

Amit Kumar

Təhlükəsizlik üzrə ekspert, kiberməhkəmə və etik hakinq üzrə cinayət təhqiqatçısı

Ramil Baxşıyev

Şəbəkə və təhlükəsizlik mühəndisi, “Eurodesign” şirkəti

Ənvər Abbasov

“Hökumət Buludu” layihəsinin rəhbəri

Rauf Quliyev

“WISH” şirkətinin kibertəhlükəsizlik departamentinin rəhbəri

Saday Əliyev

Azərbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru

Ceyhun Hacıyev

“Ernst & Young” şirkətinin Azərbaycandakı nümayəndəliyinin eksperti

Babək Əliyev

“AİSTGroup” MMC-nin layihə rəhbəri

İlqar Əliyev

İnformasiya texnologiyaları üzrə auditor, İT və təhlükəsizlik üzrə məsləhətçi, informasiya təhlükəsizliyi mütəxəssisi, kibertəhlükəsizlik auditoru

“CyberVillage” iştirakçılar

CYBERWEEK 2019

30+

Dövlət qurumları və təşkilatlar

60+

Özəl təşkilatlar

20+

Spikerlər

800+

İştirakçılar

Hesabat

MEDIA 2019